ABŞ prezidenti Donald Tramp bir neçə saat əvvəl jurnalistlərə Ukrayna prezidenti Vladimir Zelenskinin çox böyük bir saziş imzalamaq üçün cümə günü Ağ Evə gələcəyini açıqlamışdı.
Ukrayna və ABŞ prezidentlərinin ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı sazişin imzalanması üzrə görüşü ərəfəsində Donald Tramp Rusiyanın ölkəyə növbəti müdaxiləsi qarşısında ABŞ-ın Ukraynaya rəsmi təhlükəsizlik zəmanəti verməyəcəyini bildirib.
Amerika prezidenti deyib ki, əgər biz Ukraynada mədənlərin işlənməsində iştirak ediriksə, bu avtomatik təhlükəsizlikdir; Çünki biz o torpaqda olacağıq və heç kimin Amerikanın olduğu yerdə döyüşməyə cəsarəti çatmayacaq.
Sizin rəyiniz